CHP İstanbul Bələdiyyə binasını bağlamaq qərarına gəlib
Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Vilayət Sədrliyinin binasının, yeni vilayət sədri və rəhbərlik seçilənədək bağlı qalacağı açıqlanıb. Partiya Sarıyer Rayon Seçki Şurasına müraciət edərək, növbədənkənar İstanbul Vilayət Qurultayı keçirilib yeni rəhbərlik formalaşdırılanadək vəzifədən uzaqlaşdırılan vilayət sədri Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvanı İstanbul Valiliyinə və Ali Məhkəməyə təqdim edib.
İstanbul Bələdiyyəsi İstintaqında şübhəlilərə qırmızı bülletenle axtarış verilib
2025-ci ilin mart ayından bəri davam edən İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya araşdırmasında şübhəli şəxslərin sayı 330-a çatıb. İstintaq çərçivəsində İBB-nin bələdiyyə sədrinin müşaviri və İBB Medya AŞ-nin İdarə Heyətinin sədri Murat Ongun’un “müşaviri” kimi özünü təqdim edən Emrah Bağdatlı və iş adamı Murat Gülibrahimoğlu ilə birlikdə 10 şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.
Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən uzaqlaşdırılıb
Türkiyə Daxili İşlər Nazirliyi Güneyin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs edildiyini və vəzifədən kənarlaşdırıldığını açıqlayıb. Qeyd edək ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsbkarlıq”, “rüşvət alma”, “ağırlaşdırılmış fırıldaqçılıq”, “dələduzluq” və “tender saxtakarlığı” kimi ittihamlarda müqəssir bilinən Beyoğlu Bələdiyyə Başçısı İnan Güney və daha 39 nəfər Avqustun 15-də saxlanılmışdı.
İstanbulda korrupsiya əməliyyat istintaqında saxlanılanların sayı 45-ə çatıb
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya istintaqı çərçivəsində saxlanılan Beyoğlu Bələdiyyə Başçısı İnan Güney də daxil olmaqla 44 nəfər ədliyyəyə sövq olunub. Daha bir nəfərin saxlanılması ilə şübhəlilərin ümumi sayı 45-ə yüksəlib. İstanbul Baş Prokurorluğunun apardığı istintaqa əsasən, Medya A.Ş., Kültür A.Ş. və İBB daxilində müxtəlif fırıldaqçılıq fəaliyyətlərində iştirak etdikləri müəyyən edilən 35 nəfər, eləcə də Murat Ongun və qaçaq vəziyyətdə olan Emrah Bağdatlı ilə əlaqəsi olduğu iddia edilən 9 nəfər saxlanılıb
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya istintaqı keçirilib
İstanbul Baş Prokurorluğu tərəfindən “rüşvət alma”, “rüşvət vermə” və “tenderlərin saxtalaşdırılması” ittihamları ilə açılmış istintaq davam etdirilir.
İstanbulda Şilə bələdiyyəsinə qarşı əməliyyat keçirilib
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi bu gün səhər saatlarında Şilə Bələdiyyəsində əməliyyat keçirib.