Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarlarının inkişafı, əmək qanunvericiliyi, təhlükəsiz iş şəraiti və təcrübə mübadiləsi üzrə əməkdaşlığı gücləndirmək barədə saziş imzalayıb.
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər və Pakistan əmək və insan resurslarının inkişafı sahəsində davamlı strateji tərəfdaşlıq qurmağa hazırlaşır.VOA məlumat verir ki,Pakistanın Xaricdəki Vətəndaşlar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn bildirib ki, ölkələr ənənəvi işçi qüvvəsinin cəlb edilməsindən kənara çıxaraq sertifikatlaşdırılmış bacarıqlar, məsuliyyətli məşğulluq və əmək bazarının tələblərinə uyğun miqrasiya əsasında əməkdaşlıq etməyi planlaşdırır.
Aprel ayında Türkiyədə neçə nəfər işsiz qaldı? - son statistika açıqlandı
Türkiyədə işsizlik səviyyəsi 2026-cı ilin aprel ayında əvvəlki ayla müqayisədə artıb. Türkiyə Statistika Qurumunun açıqladığı əmək bazarı göstəricilərinə əsasən, ölkədə işsizlik səviyyəsi aprel ayında mart ayı ilə müqayisədə 0,1 faiz bəndi yüksələrək 8,2 faizə çatıb. Məlumatda bildirilir ki, 15 və daha yuxarı yaş qrupuna daxil olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 5 min nəfər azalaraq 2 milyon 868 min nəfər təşkil edib.
Süni intellekt əmək bazarını dəyişdirir - Yeni dövrdə necə ayaqda qalmaq olar?
Süni intellekt artıq yalnız texnologiya sahəsinin mövzusu deyil. Bu texnologiya qlobal əmək bazarının əsas istiqamətlərini dəyişdirən yeni iqtisadi və peşəkar reallığa çevrilir. Şirkətlər işçi seçimində tədricən yeni meyarlara üstünlük verir və süni intellekt bacarıqları artıq bir çox sahədə əsas tələb kimi formalaşır.
Səudiyyə Ərəbistanı bir həftə ərzində 10 mindən çox insanı deportasiya edib
Səudiyyə Ərəbistanı rəsmiləri ötən bir həftə ərzində yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 14 855 qanunsuz sakini ölkədən deportasiya ediblər. Bu tədbirlər Krallığın bütün bölgələrində qanunsuz miqrasiya ilə mübarizə məqsədilə həyata keçirilən təhlükəsizlik kampaniyalarının tərkib hissəsidir.
Britaniyada işsizlik artdı - Son 4 ilin ən yüksək göstəricisi
Böyük Britaniyada işsizlik səviyyəsi 4,7 faizə yüksələrək son 4 ilin ən yüksək göstəricisinə çatıb.