İsrail ordusunda 18 ayda 300-ə yaxın intihar cəhdi qeydə alınıb
İsrail Knessetinin (parlamentinin) Araşdırma və Məlumat Mərkəzi son 18 ay ərzində orduda 279 intihar cəhdinin qeydə alındığını, onlardan 36 hərbçinin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, İsrailin 2023-cü ilin oktyabr ayında Qəzzaya qarşı hərbi əməliyyatlara başlamasından sonra ordu daxilində intihar hallarında ciddi artım müşahidə olunub. Mütəxəssislər bu vəziyyətin psixoloji təzyiq, travma və artan hərbi çağırışlarla əlaqəli olduğunu bildirir.
İsrail ordusunda bu ilin əvvəlindən bəri 18 əsgər intihar edib
İsrail ordusunsa, Qəzza zolağında 21 aydır davam edən hərbi əməliyyatlar fonunda, bu ilin əvvəlindən bəri 18 əsgər intihar edib.