6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail ordusunda 18 ayda 300-ə yaxın intihar cəhdi qeydə alınıb

İsrail Knessetinin (parlamentinin) Araşdırma və Məlumat Mərkəzi son 18 ay ərzində orduda 279 intihar cəhdinin qeydə alındığını, onlardan 36 hərbçinin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, İsrailin 2023-cü ilin oktyabr ayında Qəzzaya qarşı hərbi əməliyyatlara başlamasından sonra ordu daxilində intihar hallarında ciddi artım müşahidə olunub. Mütəxəssislər bu vəziyyətin psixoloji təzyiq, travma və artan hərbi çağırışlarla əlaqəli olduğunu bildirir.

30 Oktyabr 2025 04:00
İsrail ordusunda 18 ayda 300-ə yaxın intihar cəhdi qeydə alınıb

BAKI, AzerVoice

İsrail ordusunda 18 ayda 279 intihar cəhdi qeydə alınıb

AzerVoice xəbər verir ki, İsrail Knessetinin (parlamentinin) Araşdırma və Məlumat Mərkəzi son 18 ay ərzində orduda 279 intihar cəhdinin qeydə alındığını, onlardan 36 hərbçinin həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, İsrailin 2023-cü ilin oktyabr ayında Qəzzaya qarşı hərbi əməliyyatlara başlamasından sonra ordu daxilində intihar hallarında ciddi artım müşahidə olunub. Mütəxəssislər bu vəziyyətin psixoloji təzyiq, travma və artan hərbi çağırışlarla əlaqəli olduğunu bildirir.

İsrailin “Haaretz” qəzeti də bu məlumatı təsdiqləyərək ordudakı psixoloji böhranın dərinləşdiyini yazıb.

Hesabatda bildirilir ki:

2017 – İyul 2025 aralığında ümumilikdə 124 hərbçi intihar edib.

Onların 68%-i məcburi xidmət dövründə, 21%-i ehtiyatda, 11%-i isə daimi hərbi xidmətdə olub. Araşdırma göstərir ki, intiharların 12%-i yüksək riskli, 88%-i orta riskli kateqoriyaya daxildir.

2023-cü ildən sonra ehtiyatda olan hərbçilər arasında intiharların kəskin artdığı, bunun isə Qəzza müharibəsi fonunda minlərlə hərbçinin yenidən xidmətə çağırılması ilə əlaqəli olduğu vurğulanır.

Məqalədə: #Qəzza #Benyamin Netanyahu #Fələstin #İsrail ordusu #Humanitar fəlakət Qəzza #İsrail və Qəzza münaqişəsi #İsrail əsgərlərinin intiharı #Knesset Araşdırma və İnformasiya Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.