Tayland və Kamboca arasındakı münaqişəni yoluna qoyacağıq - Tramp
ABŞ Prezidenti Donald Tramp, Tayland və Kamboca arasında atəşkəsə baxmayaraq yenidən başlayan sərhəd münaqişəsini bir neçə telefon danışığından sonra “yoluna qoyacağını” bildirib. Tramp, Respublikaçı və Demokrat Konqres üzvlərini Ağ Evdə qarşıladığı Yeni İl tədbirində gündəmdəki məsələlərə toxunub. Tayland və Kamboca arasındakı son dövrdə başlayan münaqişə xaricində, prezidentlik dönəmində dünya üzrə 8 münaqişəni sona çatdırdığını qeyd edib.
Tayland və Kamboca sərhədində gərginlik artıb
Tayland ordusu 24 iyul tarixində sərhəd bölgəsində Kamboca hərbi mövqelərinə qarşı F-16 qırıcı təyyarələri ilə hava hücumu həyata keçirib.