Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi
Əlcəzairin qərbində, xüsusilə Oran (Vəhran) şəhərində yaranan Rai (Raï) musiqisi, sadəcə bir musiqi janrı deyil, eyni zamanda Şimali Afrikanın sosial, siyasi və mədəni tarixini özündə əks etdirən güclü bir fəlsəfə və cəmiyyətin güzgüsüdür. Ərəb dilində “rəy“, “fikir” və ya “baxış bucağı” mənasını verən “Rai”, onilliklər ərzində yoxsulların, gənclərin və cəmiyyətin basqı altında qalan təbəqəsinin öz səsini dünyaya çatdırdığı əsas tribunaya çevrilmişdir.
Əbdulqadir Cəzairi kimdir?
1827-ci ildə atası ilə birlikdə Məkkəyə getmiş, qayıtdıqdan qısa müddət sonra – 1830-cu ilin iyulunda Fransızların Əlcəzairi işğal etməsi ilə ölkədə üç əsrlik Osmanlı hakimiyyəti sona çatmışdı.