Kamçatka yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib
Rusiyanın şərqində yerləşən Kamçatka Yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzindən (USGS) verilən açıqlamaya görə, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində yerləşib. Açıqlamada bildirilib ki, zəlzələ 39,5 kilometr dərinlikdə qeydə alınıb və onun gücü 7,4 bal təşkil edib.
Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib
Kamçatkada 5,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Kamçatkada 6 bal gücündə zəlzələ olub
Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Rusiyada zəlzələ olub
Rusiyanın Kamçatka yarımadasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.
Rusiyada ardıcıl dörd zəlzələ baş verib
Son yarım saat ərzində Rusiyanın Kamçatka yarımadasında 5,2; 5,0; 5,4 və 6,0 bal gücündə dörd zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı "Telegram" kanalında məlumat yayıb.