9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiyada ardıcıl dörd zəlzələ baş verib

Son yarım saat ərzində Rusiyanın Kamçatka yarımadasında 5,2; 5,0; 5,4 və 6,0 bal gücündə dörd zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı "Telegram" kanalında məlumat yayıb.

30 İyul 2025 21:44
Rusiyada ardıcıl dörd zəlzələ baş verib

BAKI, AzerVoice

Son yarım saat ərzində Rusiyanın Kamçatka yarımadasında 5,2; 5,0; 5,4 və 6,0 bal gücündə dörd zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, 5,2 bal gücündəki zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 248 km, 5,0 bal gücündəki 204 km, 5,4 bal gücündəki 297 km, 6,0 bal gücündəki isə 402 km məsafədə baş verib. Zəlzələlərin dərinliyi müvafiq olaraq 38,7 km, 13,7 km, 88 km və 77,1 km təşkil edib.

Hazırda zəlzələlərin yer səthində hiss olunması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, iyulun 30-da səhər saatlarında Kamçatka sahillərində 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü zəlzələ baş verib. Rəsmi məlumatlara əsasən, həmin zəlzələnin maqnitudası 8,8 olub. Rusiya Elmlər Akademiyasının Kamçatka filialı isə göstəricinin 8,7 olduğunu açıqlayıb. Hadisədən sonra bölgədə 5 baldan yuxarı bir neçə afterşok qeydə alınıb.

Regionun Səhiyyə Nazirliyi bir nəfərin xəsarət aldığını açıqlayıb. Kamçatkada fövqəladə hazırlıq rejimi elan olunub, Saxalin vilayətinin Şimali Kuril rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Zəlzələ Sakit okeanda sunami təhlükəsi yaradıb. Yaponiya, ABŞ və Filippin hakimiyyəti əhaliyə xəbərdarlıq edib.

Məqalədə: #Rusiya #zəlzələ #Zəlzələ Xəbərləri #sunami #Rusiyada zəlzələ #Rusiya Elmlər Akademiyası #Kamçatka sahilləri #Kamçatka zəlzələsi #Rusiya zəlzələ #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ #Petropavlovsk-Kamçatski #Sunami təhlükəsi #Sakit okean zəlzələsi #Kamçatka bölgəsi #Zəlzələ dalğası #Kamçatkada ardıcıl dörd zəlzələ baş verdi #Rusiyanın Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ #30 iyul Kamçatka bölgəsində qeydə alınan ən güclü zəlzələ

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.