Barselona Messinin geri dönüş ehtimalını rədd edib
Barselona klubu prezidenti Joan Laporta, Lionel Messinin klubə icarəyə qayıtacağı yönündəki iddiaları rədd edib. Kataloniya lideri bu ehtimalı “reallığa uyğun deyil” sözləri ilə qiymətləndirib. Messinin ayrılmasından sonra onun bir gün Barselonaya geri dönə biləcəyi barədə iddia yayılmışdı. Lakin Catalunya Radio ilə danışan Laporta icarəyə qayıtma ehtimalını istisna edib.
Barselona rəhbərliyi Kamp Nou böhranı ilə üz-üzə - Laporta istefaya çağırılır
Barselona klubunun prezidenti Joan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib. Klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.
"Barselona" Ter Ştegeni kapitanlıqdan məhrum edib
İspaniyanın “Barselona” futbol klubu Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegendən tibbi arayışı imzalamaqdan imtina etdiyi üçün onu kapitanlıqdan məhrum edib. Disiplin araşdırması başa çatana qədər “Barselona”nın kapitanı Uruqvaylı müdafiəçi Ronald Arauho olacaq.