Vaşinqton görüşü: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regional inkişaf perspektivləri reallığa çevrilir
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını göstərir.
Vaşinqton sənədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasının vacibliyini vurğulayır - Əli Əsədov
Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.AzerVoice-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.
Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas başlayıb. AzerVoice xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi
Onun sözlərinə görə, hətta İran iki ölkə arasında sülhün yaranmasına çalışıb. Lakin İran istənilən formada əcnəbi müdaxiləyə qarşı olub və bunun mənfi nəticələrə səbəb olacağını bildirib. İranın nigaranlığı ilə əlaqədar Ermənistan İranı arxayın edib.
Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru
2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi bir mərhələ keçildi: Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin dövlət başçısı Donald Tramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üçün yaradılacaq Strateji İşçi Qrupunun təsis edilməsinə dair Anlaşma Memorandumu imzaladılar.
Kanada Vaşinqtonda Azərbaycan-Ermənistan razılaşmalarını davamlı sülh yolunda mühüm addım adlandırır
"Sülh müqaviləsinin mətnini paraflamaqla, bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaqla bu ölkələr bu regionun xalqları üçün ədalətli, davamlı sülhə doğru mühüm addımlar atıblar", - nazir vurğulayıb.
Vaşinqtonda keçirilən görüş Prezident İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir- Rufiz Hafizoğlu
Ekspert bildirib ki, Azərbaycan uzun illərdir davam edən münaqişənin başa çatması istiqamətində öz siyasi iradəsini ortaya qoyub. Vaşinqton görüşü Azərbaycanın birbaşa siyasi iradəsinin təzahürüdür və bu cür də qəbul olunmalıdır. Bu baxımdan da mütləq və davamlı sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasına dəyişikliklər etməlidir.
Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq - Rubio
"Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nail olmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycan və Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq", – deyə o bildirib.
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında razılığın əldə olunacağına ümid etdiyini bildirib - Dövlət Departamenti
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.