Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ azı 9 nəfər həlak olub
Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.
Naci Görür Ankarada 7 bal gücündə zəlzələ riski barədə xəbərdarlıq edib
Ankaranın Kalecik rayonunda bu səhər 4,1 bal gücündə zəlzələ qeydə alınıb. AFAD-ın məlumatına görə, təkanlar yerin 11,08 kilometr dərinliyində yerləşib. Zəlzələ bölgə əhalisi arasında narahatlıq yaradarkən, tanınmış seysmoloq Prof. Dr. Naci Görür kritik xəbərdarlıqla çıxış edib.
Əfqanıstanda baş verən üçüncü zəlzələdən sonra ölənlərin sayı artıb
Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni bir zəlzələ baş verib. Əfqanıstanda baş verən üçüncü zəlzələdən sonra ölənlərin sayı 2 min 205-ə yüksəlib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal gücündəki zəlzələnin episentrinin Nəngərhar vilayətinin mərkəzi şəhəri Cəlalabadın 14 kilometr şərqində olduğunu açıqlayıb. Dərinliyi 10 kilometr olaraq müəyyən edilən zəlzələnin törətdiyi dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Solomon Adalarında 6,2 bal gücündə zəlzələ baş verib
Solomon Adalarına məxsus Santa-Krus arxipelaqı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.