Türkiyədə 50 min litr dizel alınacaq
İstanbul Böyükşəhər Bələdiyyəsi xidmət avtomobilləri üçün 50 min litr dizel və 2 min litr Adblue tədarükünü təmin etmək məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 12 ay müddətində yanacaqları hissə-hissə təhvil verməlidir.
Türkiyədə 1 milyon litr dizel alınacaq
Türkiyənin Bingöl Şəhər İdarəsi 1 milyon litr dizel satın alınması ilə bağlı açıq tender elan edib.Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təchizat müqavilənin imzalanmasından sonra başlayacaq və ümumilikdə 365 təqvim günü ərzində həyata keçiriləcək.
Türkiyədə 700 min litrdən çox yanacaq satın alınacaq
Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin Kənd Təsərrüfatı Xidmətləri İdarəsi dizel yanacağının alınması ilə bağlı açıq tender elan edib. Tender çərçivəsində ümumilikdə 704 min 790 litr dizel yanacağının alınması nəzərdə tutulur.
Türkiyədə 27 milyon litr yanacaq satın alınacaq
Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.
Türkiyədə 1 milyon litr dizel alınacaq
Şanlıurfanın Akçakale Bələdiyyəsi tərəfindən 1 milyon litr dizelin alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunur ki, çatdırılmalar müqavilə imzalandıqdan sonra 365 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Türkiyədə 1 milyon litr dizel alınacaq
Biləcik Yol və Nəqliyyat Xidmətləri İdarəsi tərəfindən 1 milyon litr dizel yanacağının alınması üzrə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunur ki, idarənin saxlama imkanları məhdud olduğundan yanacağın tam həcmi bir dəfəyə deyil, hissə-hissə qəbul ediləcək. Elektron platforma vasitəsilə göndəriləcək bildirişdə göstərilən həcmdə dizel yanacağı bildiriş tarixindən etibarən 5 təqvim günü ərzində təhvil verilməlidir.
Türkiyədə 1,5 milyon litr dizel yanacaq satın alınacaq
Türkiyənin Karabük vilayətində 1 milyon 500 min litr dizel yanacağının alınması məqsədilə açıq tender proseduru başladılıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihəyə görə, yanacaq 18 ay müddətində mərhələli şəkildə təhvil veriləcək və sifarişlərə uyğun olaraq maksimum 3 gün ərzində çatdırılmalıdır. Gecikmə halında isə müqavilə məbləği üzərindən gündəlik 0,3 faiz cərimə tətbiq olunacaq.
Türkiyədə yanacaq alınması üzrə tender elan olunub
Ankara şəhərində yerləşən Bilkənt Şəhər Xəstəxanası tərəfindən 2026-cı il üçün generator və isitmə məqsədli dizel yanacağının alınması üzrə açıq tender elan edilib. Məlumata görə, tender çərçivəsində ümumilikdə 70 min litr dizel yanacağının tədarükü nəzərdə tutulur.
Türkiyədə 1,5 milyon litr yanacaq satın alınacaq
Altındağ Bələdiyyəsi xidməti avtomobillər və iş maşınlarında istifadə olunmaq üçün yanacaq alışı həyata keçirəcək. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma çərçivəsində 1 milyon 400 min litr dizel yanacağı və 80 min litr 95 oktanlı qurğuşunsuz benzin alınması nəzərdə tutulur.
Türkiyədə 800 min litr dizel yanacağı satın alınacaq
Qaziantep Su və Kanalizasiya İdarəsi tərəfindən 800 min litr dizel yanacağının satın alınması üçün açıq tender proseduru başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma 12 ay müddətində həyata keçiriləcək və müqavilə imzalandıqdan sonra ən geci 10 gün ərzində icrasına başlanacaq.
Türkiyədə 1,3 milyon litr dizel satın alınacaq
Muş Xüsusi İdarəsi nəzdində texnika parkında istifadə olunmaq üçün 1 milyon 300 min litr dizel yanacağının alınması məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra yanacaq sifariş əsasında mərhələli şəkildə təqdim olunacaq və sifariş tarixindən etibarən 3 gün ərzində təhvil verilməlidir.
Türkiyədə 5 milyon litrə yaxın dizel yanacağı alınacaq
Trabzon Böyükşəhər Bələdiyyəsinin nəznində fəaliyyət göstərən nəqliyyət şirkəti 4 milyon 600 min litr dizel yanacağının alınması üçün tender elan edib.