ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi
İsrail mətbuatı İsrail və ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı razılıq əldə etdiyini iddia edib. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidi nəzərdə tutan ABŞ administrasiyası ilə əldə olunan razılaşmalardan sonra Tel-Əvivə qayıdıb.
İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN
İran Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illiyi münasibətilə çıxış edərək bildirib ki, İran millətlərin hüquqlarını həqiqətən təmsil edən və ədalət uğrunda dayanan bir BMT-yə inanır. Bazar ertəsi Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda keçirilən mərasimdə çıxış edən İsmayıl Baqai deyib ki, hazırkı qlobal vəziyyət bəzi güclərin BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etməməsinin nəticəsidir.
İsrail üçün mənim qədər heç kim heç nə etməyib – Tramp
ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.
Livan deputatları “Hizbullah” baş katibinə qarşı məhkəməyə şikayət edib
“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.
İsrail və İran arasında BÖYÜK qarşıdurma yaxınlaşırmı?
İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.