8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Livan deputatları “Hizbullah” baş katibinə qarşı məhkəməyə şikayət edib

“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.

27 Avqust 2025 16:25
Baku
Livan deputatları “Hizbullah” baş katibinə qarşı məhkəməyə şikayət edib

BAKI, AzerVoice

Livanın bir qrup deputat və siyasətçisi çərşənbə günü “Hizbullah”ın baş katibi şeyx Nəim Qasim barəsində Baş prokuror Cəmal Həccara rəsmi şikayət təqdim edib.

“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.

Şikayət deputatların sözlərinə görə, Qasimin 15 avqust tarixindəki çıxışına əsaslanır. Həmin çıxışda “Hizbullah” baş katibi “müqavimətin silahı təhvil verməyəcəyini”, “işğalın davam etdiyini” bildirərək, lazım gələrsə, “Kərbəla savaşı”na bənzər mübarizə aparacaqlarını söyləmişdi. O həmçinin İsrail–ABŞ layihəsinə qarşı istənilən qiymətə mübarizə aparacaqlarını və qələbəyə əmin olduqlarını vurğulamışdı.

Nəim Qasim hökuməti də hədələyərək “ölkədə baş verə biləcək hər cür fitnə, daxili toqquşma və dağıntının məsuliyyətinin Livan hökumətinin üzərində olacağını” bəyan etmişdi.

Deputatlar bu açıqlamaları “dövlətin konstitusion qərarlarına qarşı təhdid və fitnə çağırışı” kimi qiymətləndirərək məhkəməyə müraciət ediblər.

Məqalədə: #Livan #Naim Qasim #İsrail və Livan münaqişəsi #İraq və Livan siyasəti #İsrail və Hizbullah qarşıdurması #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #İsrail Livan münasibətləri #Naim Qasim və Hizbullah #ABŞ və İsrail

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

7 Sentyabr 19:31
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

7 Sentyabr 18:56
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

7 Sentyabr 18:21

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.