Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsizliyə son qoymaqla bərabər, kiçik ailə biznesinə yiyələnmək imkanı yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunurlar.
Birgə maliyyələşmə proqramı üzrə 4800-ə yaxın şəxs işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi önəmli məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır.
Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursuna başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən 7800-dən çox şəxsin məşğulluğu təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir. Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7817 şəxsin məşğulluğu təmin edilib.
Sosial adaptasiya məqsədli məşğulluq tədbirləri bu il də davam etdirilib
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də qeyd edilən şəxslərin məşğulluğunun təminatıdır.
Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri arasında görüş keçirilib.
Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib.
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir. Agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.
Yanvar-noyabr aylarında 532,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.