8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.

18 Dekabr 2025 13:47
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib


BAKI, AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.

AzerVoice məlumat verir ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir. Müasir texniki avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işəgötürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır.

Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş, peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, Mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənib.

Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #QHT #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Bərdə #Qarabağ Peşə Hazırlığı Mərkəzi #Peşəyönümü və Karyera Planlaması Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.