İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır
2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.
Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib
Livan və İraq mənbələrinin məlumatına görə, vasitəçilər «Hizbullah»ın əlindəki strateji silahların İraqda bir «zəmanətçi» tərəfə əmanət (depozit) edilməsi variantını müzakirə ediblər. Lakin ABŞ administrasiyası bu təklifi qəti şəkildə rədd edib.
Hakan Fidan Ankarada Həşdi Şabi Komissiyasının sədri ilə görüşüb.
Türkiyə Xarici işlər naziri Hakan Fidan Ankarada Həşdi Şabi Komissiyasının sədri əl-Fəyyad ilə görüşüb. AzerVoice xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.