8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.

19 Oktyabr 2025 15:00
İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İraqda 11 noyabr 2025-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində ölkə mövcud qanunverici orqanın - beşinci çağırış İraq parlamentinin - fəaliyyətinə yekun vurmağa hazırlaşır. Analitiklər bu dövrü “ən gərgin, lakin ən az məhsuldar” parlament mərhələsi adlandırırlar.

2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.

Nəticədə parlament demək olar ki, daimi fəaliyyət qabiliyyətini itirib, iclaslar ardıcıl olaraq təxirə salınır və səsvermələrdə iştirak təmin edilmir.

“Həşd əş-Şəabi” qanunu: siyasi alət və ABŞ təzyiqi

Deputatlar hazırda seçkilərədək bir neçə qanun layihəsini gündəmə gətirməyə çalışırlar. Onlardan biri “Həşd əş-Şəabi haqqında qanun”dur. Bu qanun layihəsi daha əvvəl ABŞ-ın təzyiqi ilə geri çəkilmişdi.

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Hüseyn əl-Əmiri bildirib ki, “koordinasiya çərçivəsi” (Hökuməti dəstəkləyən şiə blokları və silahlı qruplar) parlamentin növbəti iclasında bu qanunu yenidən gündəmə gətirmək niyyətindədir. Lakin müşahidəçilər bu təşəbbüsü “ölü parlamentin dirildilməsinə yönəlmiş formal addım” kimi qiymətləndirirlər, çünki layihənin qəbul edilmə şansı demək olar ki, yoxdur.

ABŞ administrasiyası qanunun qəbulunu “dövlət qurumlarında silahlı dəstələrin təsirinin artması” kimi qiymətləndirir və Bağdaddan onun qarşısını almağı tələb edir.

Mövcud parlamentin fəaliyyəti həm daxili çəkişmələr, həm də xarici müdaxilələr səbəbindən iflic vəziyyətinə düşüb. Qanunların müzakirəsi aylarla, bəzən illərlə uzanır, nəticədə vacib qərarlar qəbul olunmur.

Parlamentin “məhsulu” çox zəif olub – qəbul edilən qanunların çoxu simvolik və ya məhdud təsirə malikdir. Bəzi hallarda isə qərarlar cəmiyyət birliyini pozub, məsələn, yalnız şiə icmasının qeyd etdiyi “Qədir-Xum bayramı”nın rəsmi tətil elan olunması və ya ailə hüququ qanununun qadın və uşaqların hüquqlarını zəiflətməsi kimi addımlar ictimai narazılıq doğurub.

Spiker böhranı və partiyalararası qarşıdurma

Parlamentin zəif fəaliyyətinin əsas səbəblərindən biri də uzun müddət davam edən spiker böhranı olub. 2023-cü ilin noyabrında vəzifədən uzaqlaşdırılan keçmiş spiker Məhəmməd əl-Halbusi əvəzində yeni spikerin - Mahmud əl-Məşhədani -— seçilməsi üçün partiyalar arasında bir il davam edən mübahisələr yaşanıb.

Bir sıra sessiyalar dava-dalaşlarla, qarşılıqlı ittihamlarla müşayiət olunub, nəhayət, 2024-cü ilin noyabrında tərəflər arasında gizli siyasi razılaşmalar və qarşılıqlı güzəştlər nəticəsində məsələ həllini tapıb.

İraq parlamenti formal olaraq seçkili qurum olsa da, milli kvota sistemi (məzhəb və etnik bölgü prinsipi) səbəbilə müstəqil qərarvermə mexanizmini itirib.

Nazirlər, komitə sədrləri və dövlət rəhbərləri partiyaların “kvota payı” kimi təyin olunur və bu şəxslərin əksəriyyəti siyasi məsuliyyətdən qorunur. Nəticədə, ölkədə yüksəkvəzifəli məmurun vəzifədən uzaqlaşdırılması nadir hadisə sayılır və bu, əsasən daxili siyasi intriqalar zamanı baş verir.

Seçkilərə bir ay qalmış hazırkı parlament faktiki olaraq öz siyasi ömrünü başa vurub. Qanunvericilik fəaliyyəti dayanıb, cəmiyyətin parlamentə olan etimadı isə minimuma enib.

Yeni seçkilərdən sonra İraqda daha dinamik və səlahiyyətli parlamentin formalaşması ümid olunur, lakin müşahidəçilər xəbərdarlıq edirlər ki, kvota və siyasi sövdələşmələr sistemi dəyişmədiyi müddətcə, növbəti dövr də eyni problemlərlə üzləşəcək.

Məqalədə: #İraqda türkmənlər #Həşdi-Şaabi #İraqda irqçilik #İraqda sosial ədalət #İraqda diskriminasiya #İraqda Haşdi Şabi və digər silahlı qruplar #İraqda korrupsiya #İraqda dərin dövlət #İraqda seçki boykotu #İraqda xarici müdaxilə #İraqda növbəti seçkilər nə vaxt olacaq? #İraqda korrupsiya ilə mübarizə aparan siyasi qüvvələr #İraqda siyasi dəyişiklik mümkündürmü? #Həşd əş-Şaabi nədir #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İran Həşd haqqında nə deyir? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #Həşdi Şaabi Komissiyası

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.