KIZILELMA sınaqlardan uğurla keçib
Türkiyənin pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA yeni elektron müharibə qabiliyyəti ilə təchiz edilib. Platformaya inteqrasiya olunan ASELSAN FEWS-U Elektron Müharibə Süiti ilk uçuş sınağını uğurla başa vurub. Məlumata görə, FEWS-U sistemi “360 dərəcə əhatə dairəsi”, “yüksək dəqiqliklə təhdid istiqamətinin müəyyən edilməsi” və “sürətli təhdid aşkarlanması və diaqnostikası” imkanlarına malikdir. Sistem insansız hava platformalarının müasir hava döyüş mühitində sağqalma qabiliyyətini və əməliyyat effektivliyini artırmaq üçün hazırlanıb.
ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur
ASELSAN Bakı şirkətinin fəaliyyətə başlamasının 28-ci ildönümü qeyd olunur. Bu münasibətlə yayılan açıqlamada Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın “Bir millət, iki dövlət” prinsipi əsasında qətiyyətlə davam etdiriləcəyi bildirilib. Qeyd olunub ki, ASELSAN Bakı ötən 28 il ərzində müdafiə sənayesi sahəsində mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edib və iki ölkə arasında texnoloji tərəfdaşlığın güclənməsinə töhfə verib.
ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb
Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, dəniz platformalarına güc qatan və dünya sularında özünü doğrultmuş SMASH (MUHAFIZ) Uzaqdan Komandalı Stabilləşdirilmiş Silah Sistemləri ailəsinə yeni texnoloji qabiliyyətlər qazandırır. Türkiyədə "MUHAFIZ" adı ilə tanınan bu sistemlər 30 mm, 25 mm və 12,7 mm kimi müxtəlif çaplı seçimləri ilə uzaqdan idarə olunan, yüksək dəqiqlikli müdafiə həlli kimi istifadəyə verilib. Sistem, lülədən asılı olmayaraq hərəkət edən həssas stabilləşdirici yönləndirici sayəsində ən çətin dəniz şəraitində və platforma hərəkət halında olarkən belə nişan xəttini hədəf üzərində sabit saxlaya bilir.
ASELSAN 50 ildə qlobal müdafiə nəhənginə çevrildi: ixracda 1,7 dəfə artım
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir. Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub. Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.
ASELSAN-ın 8x8 KORKUT hava müdafiə sistemi atış sınaqlarını uğurla başa vurub
Paris Eurosatory 2024 sərgisində ilk dəfə nümayiş etdirilən 8x8 platformaya inteqrasiya olunmuş KORKUT hava hücumundan müdafiə sistemi atış sınaqları zamanı hərəkətdə olan hədəfi uğurla zərərsizləşdirib. ASELSAN tərəfindən 8x8 taktiki təkərli zirehli platformaya inteqrasiya edilən KORKUT 140/35 Yaxın Mənzilli Hava Hücumundan Müdafiə Sistemi sınaq mərhələsini uğurla keçib. Sistem atış testləri zamanı hərəkət halında olan hədəf təyyarəni dəqiq atəşlə zərərsizləşdirib.
ASELSAN 2025-ci ili 1 milyarddan çox xarici sifarişlə başa vurur
Türk müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN son dövrlərdə əldə etdiyi ixrac nailiyyətləri ilə bu ili rekord göstəricilərlə başa vurmağa hazırlaşır. Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqlərindən biri sayılan “Defense News Top 100” siyahısında 42-ci yerdə qərarlaşan ASELSAN ilk 30-luğa daxil olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu hədəfə çatmaqda yüksək əlavə dəyər yaradan ixrac mühüm rol oynayır.
ASELSAN NATO üzvü ölkə ilə 410 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN NATO-ya üzv olan bir ölkə ilə elektron müharibə sistemlərinin birbaşa satışı üzrə 410 milyon ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. Açıqlamada bildirilib ki, NATO üzvü olan müştəri ilə elektron müharibə sistemlərinin birbaşa satışını nəzərdə tutan ixrac müqaviləsinin ümumi dəyəri 410 milyon ABŞ dollarıdır.
Türkiyənin GÖKSUR hava müdafiə sistemi yeni test mərhələsini tamamlayıb
ASELSAN, suya yaxın uçan raketlərə qarşı hazırlanmış GÖKSUR yaxın hava müdafiə sisteminin dikey atış versiyasının sınaqlarının uğurla tamamlandığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, GÖKSUR sistemi Türkiyə hərbi gəmilərinin “polad qalxanı” kimi qiymətləndirilir və xüsusilə səthə yaxın uçan gəmiəleyhinə və qanadlı raketlərə qarşı yüksək effektivlik nümayiş etdirir.
ASELSAN 26 milyon dollar dəyərində medikal görüntüləmə sistemi müqaviləsi imzalayıb
ASELSAN, ölkə daxilində istifadə üçün medikal görüntüləmə sistemlərinin təminatı üzrə ümumi məbləği 26 milyon 70 min dollar olan müqavilə imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. “ASELSAN, ölkə daxilində istifadə üçün medikal görüntüləmə sistemlərinin təminatı üzrə ümumi məbləği 26 milyon 70 min dollar olan müqavilə imzalamışdır. Söz konusu müqavilə çərçivəsində çatdırılmalar 2025 və 2027-ci illər arasında həyata keçiriləcək.” - deyə açıqlamada qeyd edilib.
ASELSAN xarici bazarlarda silah və rabitə sistemlərinin satışını artırır
ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. “ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalamışdır.” - deyə açıqlamada qeyd edilib.
ASELSAN Borsa İstanbul-da 1 trilyon lirə dəyəri aşan ilk şirkət oldu
Türkiyədə müdafiə sənayesinin inkişafı və texnoloji transformasiyasında aparıcı rol oynayan ASELSAN, maliyyə göstəriciləri ilə də diqqət mərkəzinə düşür. Şirkət, Borsa İstanbul indeksinə daxil olan şirkətlər arasında bazar dəyəri 1 trilyon Türkiyə lirəsini keçən ilk şirkət olub. Hazırda qlobal maliyyə bazarlarında risklərin azalması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi dövrünə qayıtması, investorların risk iştahını artırıb. Türkiyədə isə Mərkəzi Bankın faiz endirimi siyasəti və iqtisadi idarəetmədə atılan addımlar, Borsa İstanbul-un yüksəlişini gücləndirib.
Türkiyə Silahlı Qüvvələrinin inventarı yeni müdafiə texnologiyaları ilə gücləndirilib
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına FNSS istehsalı PARS 6×6 və 8×8 zirehli vasitələrinin daxil edildiyini açıqlayıb. Nazirliyin bəyanatında, həmçinin ASELSAN-ın Dragoneye-2 termal kameraları ilə müxtəlif sensor, kəşfiyyat, radar və komanda maşınlarının da ordunun istifadəsinə verildiyi bildirilib.