Allahın ilk olaraq yaratdığı şey nə idi?
Bu həqiqət, İslam inancında çox böyük məna daşıyır və Allah Rəsulu (s.ə.v) da bu gerçəyi özü də təsdiqləmişdir.
Uhud döyüşü haqqında nə bilirik?
Savaşın adını verən Uhud dağı Mədinənin şimalında, Məscid-i Nəbəvidən təxminən 5 km məsafədə yerləşir.
Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları
Qurani-Kərimin 36-cı surəsi olan Yasin surəsi 83 ayədən ibarətdir. Surə adını elə ilk ayəsindən götürmüşdür. İslam Peyğəmbəri tərəfindən bu adla çağırılan surə, Buxari və Tirmizi kimi mötəbər hədis kitablarında da bu adla zikr olunur. Surənin Quranın qəlbi olduğunu bildirən rəvayətlərə əsasən, ona "kəlbü’l-Quran" (Quranın qəlbi) da deyilmişdir, lakin bu ad geniş yayılmamışdır. Yasin surəsinin Məkkə dövrünün ortalarında nazil olduğu qəbul edilir.
İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi
Müasir dünyamızda Muhəmməd (Məhəmməd) adı ən çox yayılan və ən sevilən adlardan biridir. Bu, İslam peyğəmbərinin adıdır. Lakin bu adın İslamdan öncə istifadə olunub-olunmaması bir çoxları üçün maraqlıdır. Qədim mətnləri araşdırarkən bəlli olur ki, İslamdan əvvəlki ərəblərin bu ad haqqında kifayət qədər məlumatı var idi.
Zikr haqqında Quranda nə deyilir?
Uca Allah bir yandan qəlblərin və könüllərin ancaq Rəbbi anmaqla aram tapdığını vurğulayır, digər tərəfdən də Haqqı zikr etməkdən üz çevirənlərin məşəqqətli bir həyatla imtahan ediləcəyini diqqətə çatdırır.
İslam və xristianlıqda pişiklərin yeri
Dünyanın elə bir mədəniyyəti yoxdur ki, orada pişiklər haqqında ya müsbət, ya da mənfi fikirlər formalaşmasın. Müsəlman çoxluqdan ibarət olan Azərbaycan cəmiyyətində də pişiklərə müxtəlif yanaşmalar var. Bu araşdırma İslam və Xristian sivilizasiyalarında pişiklərə olan yanaşmaları araşdırır və tarix boyunca bu heyvanlara münasibətin necə dəyişdiyini izah edir. İslam mədəniyyəti tarix boyu güclü mənəvi və mistik elementlərə sahib olmuş, bu da incəsənət, elm, təbabət və zoologiyada çoxsaylı iz qoymuşdur.
Tarixdə ilk tibbi diplom: Həkimlərin imtahan edilməsi ənənəsi necə yarandı?
Abbasilər dövründə tibb elmi yüksək səviyyədə inkişaf etmiş, rəsmi həkim imtahanları tətbiq olunmuş və “Firdövsül-Hikmə” kimi mühüm tibbi əsərlər yazılmışdır.
Ramazan bələdçisi: Qüsl, dəstəmaz və oruc haqqında hər şey
"Qüslsüz oruc tutmaq olarmı? Cünub halda oruca başlamaq orucu pozurmu? İslam fiqhində oruclu ikən qüsl almaq və dini qaydalar haqqında ətraflı izah."
İslamın ilk müəzzini Bilal-i Həbəşinin həyatı: Qul bazarından cənnət bağçalarına
İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.
Malkolm X: İrqçiliyə qarşı mübarizənin və həqiqət axtarışının simvolu - bu gün onun ölüm günüdür
Malcolm X-in Məkkədə keçirdiyi Həcc səfəri onun irqçilik əleyhinə mübarizəsini qlobal bərabərlik və insan haqları üzərində qurmasına səbəb oldu, bu da onun tarixdəki yerini daha da möhkəmləndirdi.
Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər
Hər il hicri-qəməri təqvimi ilə icra etdiyimiz Ramazan ayı bu il miladi təqvimlə mart ayına təsadüf edir. Ramazan orucu Allahu-təala tərəfindən həddi-büluğ yaşına çatmış hər bir müsəlman kişi və qadına vacib (fərz) qılınmışdır. Hz. Adəmdən Hz. Məhəmmədə (s.a.s) qədər bütün peyğəmbərlərin şəriətində mövcud olan bu ibadət, insanı mənəvi cəhətdən təmizləyən müqəddəs bir vəzifədir.
Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü
İslam dünyasının görkəmli mühəddis və fəqihi olan Əbu Bəkr Muhəmməd Əbhəri, Maliki məzhəbinin inkişafında müstəsna xidmətləri olan bir alimdir. Hicri 289-cu ildə (902-ci il) anadan olan Əbhəri, həm öz dövründə, həm də sonrakı əsrlərdə "siqa" (etibarlı və mötəbər) bir ravi kimi tanınmışdır. Hafiz Muhəmməd ibn Əbü’l-Fəvaris və məşhur hədis alimi Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni onun elmi dürüstlüyünü xüsusi qeyd etmişlər.