Ruben Vardanyana hökm oxunur
Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi
Azərbaycan beynəlxalq axtarışa verilən Rustamov Firuz Farxodoviç və Xu Penqçenq-i Moldova və Çinə təhvil verdi.
Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.
"6 milyon dolları böldük" - DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hər gün işgəncə verirdilər - Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı
BAKI.AzerVoice İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Türkiyəyə təhvil verib
Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BƏƏ-nin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tapılıb
Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda səfirliyə qarşı terror aktı planlaşdırmış vətəndaşa hökm oxundu
Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.