İsrail 2 il sonra Hind Rəcəbin öldürülməsini etiraf edib
İsrail ordusu 2024-cü ilin yanvarında Qəzza zolağında 5 yaşlı fələstinli Hind Rəcəb və ailəsinin olduğu avtomobilə atəş açıldığını ilk dəfə etiraf edib və hadisə ilə bağlı cinayət araşdırmasının başlanacağını açıqlayıb. Hind Rəcəb 29 yanvar 2024-cü ildə ailəsi ilə birlikdə Qəzzanın Təl əl-Həva bölgəsindən çıxmağa çalışarkən avtomobilə atəş açıldıqdan sonra maşında sağ qalıb. O, Fələstin Qızıl Aypara Cəmiyyətinə telefon edərək kömək istəyib. Lakin onu xilas etməyə gedən iki təcili yardım əməkdaşı da öldürülüb və ertəsi gün Hindin, ailə üzvlərinin və tibb işçilərinin meyitləri tapılıb.
Hind Rəcəb kimdir?
29 yanvar 2024–cü ildə Fələstin Qırmızı Aypara Cəmiyyəti 14 yaşlı Liyan Həmadə tərəfindən edilən telefon zəngi aldı – o, kömək istəyirdi. O, “Təll əl-Həva" bölgəsində "Maliyyə dairəsi" yaxınlığında İsrail tankının onların maşınına atəş açdığını bildirdi. Zəng zamanı Liyanın çığırtıları və intensiv güllə səsləri eşidildi, daha sonra əlaqə qəfil kəsildi.
1800-dən çox sənətçi Qəzza səbəbilə İsrail kino institutlarını boykot edəcək
Hüquq müdafiəçiləri bildirirlər ki, İsrailin kino institutları Fələstinlilərə qarşı zorakılıqları “ört-basdır etmə” və ya “haqlı göstərmə” prosesində rol oynayıb. Onlar həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin torpaqlarındakı işğalını qeyri-qanuni sayan qərarına, eləcə də ekspertlərin Qəzzadakı hərbi əməliyyatları “soyqırımı səviyyəsində” qiymətləndirməsinə istinad ediblər.