11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Hind Rəcəb kimdir?

29 yanvar 2024–cü ildə Fələstin Qırmızı Aypara Cəmiyyəti 14 yaşlı Liyan Həmadə tərəfindən edilən telefon zəngi aldı – o, kömək istəyirdi. O, “Təll əl-Həva" bölgəsində "Maliyyə dairəsi" yaxınlığında İsrail tankının onların maşınına atəş açdığını bildirdi. Zəng zamanı Liyanın çığırtıları və intensiv güllə səsləri eşidildi, daha sonra əlaqə qəfil kəsildi.

23 Noyabr 2025 16:20
Hind Rəcəb kimdir?

BAKI,AzerVoice

Hind Rəcəb (3 may 2018 – 29 yanvar 2024) — Qəzza şəhərinin Təll əl-Həva məhəlləsindən olan altı yaşlı fələstinli qızcığaz idi. O, Qəzza zolağına edilən İsrail hücumu zamanı İsrail Ordusu tərəfindən öldürülüb. O, altı qohumu ilə birlikdə qaçdığı avtomobilə İsrail tankları tərəfindən atəş açıldıqdan sonra sağ qalan yeganə şəxs olmuşdu.

29 yanvar 2024–cü ildə Fələstin Qırmızı Aypara Cəmiyyəti 14 yaşlı Liyan Həmadə tərəfindən edilən telefon zəngi aldı – o, kömək istəyirdi. O, “Təll əl-Həva" bölgəsində "Maliyyə dairəsi" yaxınlığında İsrail tankının onların maşınına atəş açdığını bildirdi. Zəng zamanı Liyanın çığırtıları və intensiv güllə səsləri eşidildi, daha sonra əlaqə qəfil kəsildi.

Qırmızı Aypara zəngin audio yazısını yayımladı; Liyan orada deyirdi:
"Əmi, bizə atəş açırlar... Tanka çox yaxınıq... Biz maşındayıq və yanımızda tank var.”
Bundan dərhal sonra güllə səsləri eşidilir, Liyanın çığırtısı eşidilir və əlaqə tamamilə kəsilir.

Daha sonra Qırmızı Aypara Hindin hələ də sağ olduğunu müəyyən etdi. Qızın əmisi Sami Həmadə “Əl-ərəbiyə” telekanalına açıqlamasında Hindlə əlaqə saxladığını, onu sakitləşdirməyə çalışdığını və təcili yardım maşınının yolda olduğunu söylədi.

Bundan sonra təcili şəkildə Qırmızı Ayparaya məxsus xilasedici heyət Fələstin əlaqə mərkəzi ilə koordinasiya edilərək hadisə yerinə yollandı. Lakin bir neçə saat sonra onlarla əlaqə tamamilə itdi.

12 gün sonra — 10 fevral 2024 tarixində xilasedicilərin cəsədləri tapıldı. Həmçinin Hind Rəcəb (6 yaş), onun qohumları – Bəşar Həmadə, həyat yoldaşı və uşaqları Məhəmməd (11), Liyan (14), Rəğad (13) – hamısı Təll əl-Həva rayonunda mühasirəyə alınmış avtomobilin içində öldürüldükləri yerdə tapıldı.

Qırmızı Aypara həmçinin bölgədəki öz təcili yardım maşınını da tapdı və bildirdi ki, həmin maşın İsrail tərəfindən hədəfə alınaraq vurulub və xilasedicilər Yusif Zinuv və Əhməd Mədhun şəhid olublar.

İsrail ordusu hadisə bölgəsində hərbi kontingent olmadığını iddia etsə də, The Washington Post, Sky News və Forensic Architecture tərəfindən aparılan araşdırmalar ərazidə tankların yerləşdiyini, ailənin avtomobilinə və təcili yardım maşınına atəş açıldığını göstərib. Peyk görüntüləri Tel əl-Həva ərazisində ən azı 15 zirehli texnikanın olduğunu təsdiqləyib. Forensic Architecture-nin vizual və audio sübutlara əsaslanan rekonstruksiyası tank ekipajının maşında uşaqları görə biləcək məsafədə olduğunu müəyyən edib.

Hadisə yerində aşkar edilən M830A1 tipli ABŞ istehsalı mərmi hissələri hücumun tankdan açıldığını göstərib.

BMT-nin müstəqil ekspertləri Hindin öldürülməsinin müharibə cinayəti ola biləcəyini açıqlayıb. 2025-ci ildə Hind Rəcəb Fondu hadisəyə görə məsuliyyət daşıdığı iddia edilən 401-ci zirehli briqadanın komandiri polkovnik Beni Aharona qarşı Haaqa məhkəməsində şikayət qaldırıb.

Hadisə qlobal miqyasda rezonans doğurub. ABŞ universitetlərində tələbə aksiyaları zamanı ələ keçirilən binalar qızın adı ilə adlandırılıb: Columbia Universitetində “Hind’s Hall”, UC Berkeley-də “Hind’s House”. CNN də daxil olmaqla Qərb KİV-ləri hadisəni “Hind ölü tapıldı” kimi neytral başlıqlarla təqdim etdiyi üçün ictimaiyyət arasında tənqidə məruz qalıb.

Hind Rəcəb barədə bir neçə film çəkilib. Niderlandlı Amir Zazanın “Close Your Eyes, Hind” filmi 2025-ci ildə Niderland Film Festivalında “Qızıl Buzağı” mükafatını qazanıb. Tunisli Kauser Ben Heniya tərəfindən çəkilən “The Voice of Hind Rajab” filmi 82-ci Venesiya Film Festivalında Böyük Münsiflər Mükafatına layiq görülüb. Naci Salamehin “Hind Under Siege” filmi Qəzza Beynəlxalq Qadın Kinosu Festivalında Ən Yaxşı Qısa Film seçilib.

Hind Rəcəb müharibədə öldürülən uşaqdan daha çox, Qəzzada mühasirə, tibbi yardımın qarşısının alınması və mülki şəxslərə qarşı ağır silahların istifadəsi ilə bağlı qlobal simvollaşmış insanlıq faciəsi kimi yadda qalıb.

Məqalədə: #Qəzza müharibə cinayətləri #Hind Rəcəb #Qəzza müharibəsi uşaqlar #İsrail ordusunun hücumu #Fələstin mülki qurbanlar #İsrail tank hücumu #Haaqa məhkəməsi İsrail #401-ci zirehli briqada #Hind Rajab Gaza #Israeli tank strike Gaza #Gaza war crimes children #Palestinian civilian casualties #Forensic Architecture Gaza report #Israeli army war crimes evidence #Хинд Раджаб Газa #Военные преступления Израиля #Qəzzada Hind Rəcəb hadisəsi: İddiaya görə İsrail tankı məqsədli atəş açıb #Hind Rəcəb faciəsi ilə bağlı Haaqa Məhkəməsinə rəsmi şikayət verildi #Qırmızı Aypara: Xilasedicilər qəsdən hədəfə alınıb #Altı yaşlı Hind Rəcəb necə öldürüldü? Yeni sübutlar #Hind Rəcəb dünya etirazlarının simvoluna çevrildi #Трагедия Хинд Раджаб: что произошло на самом деле #GazaWarCrimes

Mövzu üzrə digər xəbərlər

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.