Qətər vasitəçilikdən çəkilmir, amma İsrail onu hədəf alır
Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.
HƏMAS ABŞ-ı İsrailin Qətərə hücumunda məsuliyyət daşımaqda ittiham edib
Vaşinqton İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı hücumunda məsuliyyət daşıyır. Bu barədə HƏMAS-ın sözçüsü Fauzi Bərhum mətbuat konfransında bildirib. “ABŞ administrasiyası bu cinayətin şərikidir” – deyə o vurğulayıb. Bərhum həmçinin hücumu danışıqlar prosesinin tamamilə məhv edilməsi kimi qiymətləndirib.
Netanyahu ədalət qarşısına çıxarılmalıdır - Qətər
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani İsrailin Doha şəhərinə təşkil etdiyi hava hücumunu “dövlət terroru” adlandıraraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ədalət qarşısına çıxarılmalı olduğunu bəyan edib.
Qətərə hücum Vaşinqton-Doha münasibətlərini riskə atır - Tramp Netanyahunu sərt tənqid etdi
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə gərgin telefon danışığı apararaq, Qətərdə HƏMAS-ı hədəf alma qərarının “ağılsız addım” olduğunu bildirib. Wall Street Journalın məlumatına görə, İsrailin ABŞ-dan xəbərsiz şəkildə Qətərdəki HƏMAS liderlərini vurması Trampı və Qətəri qəzəbləndirib. Hadisədən sonra Tramp Netanyahunu sərt tonda tənqid edərək, bu hücumun “barış səylərinə və ABŞ-Qətər münasibətlərinə zərbə vurduğunu” deyib.
İsrail region sülhünə ən böyük təhdiddir – Əraqçi
İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.
Dohaya edilən hücum nə İsrailin, nə də Amerikanın maraqlarına xidmət edir - Tramp
ABŞ Prezidenti Donald Tramp, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderliyini hədəf alması ilə bağlı açıqlama verərək, hadisədən “heç məmnun olmadığını”, lakin hücumu rəsmi şəkildə qınamaqdan imtina etdiyini bildirib.HƏMAS açıqlamasında bəzi yüksək vəzifəli rəhbərlərin sağ qaldığını, lakin aralarında təşkilatın Qəzza rəhbəri və baş müzakirəçi Xalil əl-Həyyənin oğlu, üç mühafizəçisi və ofis müdiri də olmaqla beş nəfərin öldüyünü açıqlayıb.
Qırğızıstan Prezidenti Dohadakı raket hücumlarını pisləyib
Çərşənbə axşamı Dohada partlayış səsləri eşidilib. İsrail qırıcı təyyarələrinin Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan hava zərbəsi endirdiyi açıqlanıb. Hadisə, Qəzza ilə bağlı atəşkəs razılaşması üzrə aparılan danışıqlara yeni zərbə kimi qiymətləndirilir.
İsrailin Dohaya hücumu Qətər–ABŞ münasibətlərini sınağa çəkir
İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.
Qətər DİN İsrailin Dohaya hücumundan sonra hadisələrin gedişatını diqqətlə izləyir
Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.
ABŞ icazə verdi - İsrail Qətəri bombaladı, hədəfdə Xalid Məşəl də var (FOTO)
Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib, şəhərin mərkəzindən tüstü qalxdığı bildirilib. Şahidlər, hadisənin mərkəzi məhəllələrdən birində baş verdiyini təsdiqləyiblər. İsrail mediası yüksək rütbəli israilli rəsmiyə istinadla, Dohada baş verən partlayışların İsrailin HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi suiqəsd əməliyyatı olduğunu bildirib. İsrail ordusunun radio kanalı da açıqlamasında hücumu üstlənib. “İsrail, Qətərdəki HƏMAS rəhbərliyini hədəf alıb. Əməliyyat HƏMAS liderliyinin ən yüksək səviyyəsini vurmaq məqsədi daşıyırdı”- deyə bildirib.