5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dohaya edilən hücum nə İsrailin, nə də Amerikanın maraqlarına xidmət edir - Tramp

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderliyini hədəf alması ilə bağlı açıqlama verərək, hadisədən “heç məmnun olmadığını”, lakin hücumu rəsmi şəkildə qınamaqdan imtina etdiyini bildirib.HƏMAS açıqlamasında bəzi yüksək vəzifəli rəhbərlərin sağ qaldığını, lakin aralarında təşkilatın Qəzza rəhbəri və baş müzakirəçi Xalil əl-Həyyənin oğlu, üç mühafizəçisi və ofis müdiri də olmaqla beş nəfərin öldüyünü açıqlayıb.

10 Sentyabr 2025 17:16
Dohaya edilən hücum nə İsrailin, nə də Amerikanın maraqlarına xidmət edir - Tramp

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderliyini hədəf alması ilə bağlı açıqlama verərək, hadisədən “heç məmnun olmadığını”, lakin hücumu rəsmi şəkildə qınamaqdan imtina etdiyini bildirib.

AzerVoice xəbər verir ki, İsrail ordusu 9 sentyabrda Dohada, ABŞ-ın təklif etdiyi Qəzza atəşkəsi planını müzakirə edən HƏMAS rəhbərliyinə hava zərbələri endirib.

HƏMAS açıqlamasında bəzi yüksək vəzifəli rəhbərlərin sağ qaldığını, lakin aralarında təşkilatın Qəzza rəhbəri və baş müzakirəçi Xalil əl-Həyyənin oğlu, üç mühafizəçisi və ofis müdiri də olmaqla beş nəfərin öldüyünü açıqlayıb.

ABŞ Prezidenti Tramp hücumu “təktərəfli addım” adlandıraraq, bunun “nə İsrailin, nə də ABŞ-ın maraqlarına xidmət etmədiyini” vurğulayıb.

Qətərin ABŞ üçün strateji əhəmiyyətini xatırladan müşahidəçilər, ölkənin həm arabuluculuq rolu, həm də ABŞ-ın bölgədəki ən böyük hərbi bazalarından biri olan Əl-Udeid Hava Bazası ilə diqqət mərkəzində olduğunu vurğulayırlar.

Hücum Qətərin beynəlxalq hüquqa və ərazi bütövlüyünə zidd hərəkət kimi qiymətləndirilib.

İsrail Baş naziri Beniyamin Netanyahu isə hücumu “tamamilə haqlı” adlandıraraq, məqsədin 7 oktyabr hücumlarının məsuliyyətini daşıyan HƏMAS liderlərini zərərsizləşdirmək olduğunu vurğulayıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Tel-Əviv #Qətər #Donald Tramp #HƏMAS #Doha #Vaşinqton #Doha partlayış #İsrail hücumu Qətər

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.