11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu ədalət qarşısına çıxarılmalıdır - Qətər

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani İsrailin Doha şəhərinə təşkil etdiyi hava hücumunu “dövlət terroru” adlandıraraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ədalət qarşısına çıxarılmalı olduğunu bəyan edib.

11 Sentyabr 2025 14:13
Netanyahu ədalət qarşısına çıxarılmalıdır - Qətər

BAKI, AzerVoice, Fərid Mikayılov

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani İsrailin Doha şəhərinə təşkil etdiyi hava hücumunu “dövlət terroru” adlandıraraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ədalət qarşısına çıxarılmalı olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, çərşənbə günü çıxış edən Netanyahu, Qətəri “terrorçuları himayə etməkdə” günahlandıraraq, onları ya ölkədən çıxarmağa, ya da mühakiməyə verməyə çağırmışdı. Əks halda hücum edəcəklərini bildirmişdi.

Buna cavab verən Qətər Baş naziri Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan şəxs kimi xatırladaraq, onun təhdidlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Al-Tani bildirib ki, Dohada Fələstin rəsmilərinin danışıqlar apardığı faktı həm İsrail, həm də ABŞ tərəfindən çoxdan bilinirdi. Baş nazir hücumu Qətərin suverenliyinə açıq zərbə və “minimum etik dəyərlərin pozulması” kimi qiymətləndirdi. O, ABŞ-ın Qətəri bu hücum barədə “çox gec” xəbərdar etdiyini də əlavə edib.

Qətər Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Netanyahunun açıqlamalarını “qorxaqlığın üzərinə pərdə çəkmək cəhdi” adlandırdı və gələcəkdə dövlət suverenliyinə yönələn açıq təhdidləri kəskin şəkildə pislədi.

Baş nazir qeyd edib ki, hücum Qəzzada saxlanılan girovlarla bağlı ümidləri də puça çıxarıb.

“Bu hücum səhəri mən girov ailələrindən biri ilə görüşürdüm. Onların yeganə ümidləri vasitəçilik idi. İndi o da məhv edilib.”

HƏMAS hücum nəticəsində yüksək rütbəli nümayəndələrinin sağ qaldığını açıqlasa da, təşkilatın beş üzvü həlak olub. Ölənlər arasında HƏMAS lideri Xəlil əl-Həyyənin oğlu Hammam əl-Həyyə və yaxın müşavirləri də var. Hücumda Qətərli təhlükəsizlik əməkdaşı Bədr Səid Məhəmməd əl-Humaidi də həyatını itirib.

İsrail son üç gündə Qətərlə yanaşı Qəzza, Livan, Yəmən, Suriya və Tunisdə də hücumlar həyata keçirib. Hadisələrdən sonra region ölkələri Dohaya dəstək üçün birləşməyə başlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bölgənin kollektiv cavab verməli olduğunu bildirərək, yaxın günlərdə Dohada ərəb-islam sammitinin keçiriləcəyini açıqlayıb.

Məqalədə: #Qəzza #İsrail #Birləşmiş Ərəb Əmirlikləri #Benyamin Netanyahu #BƏƏ #ABŞ #Tel-Əviv #Livan #Qətər #Doha #Yəmən #Suriya #Məhəmməd bin Əbdülrəhman Al-Tani #Tunis #dron #Vaşinqton #Beynəlxalq Cinayət Məhkəməsi #İsrail və Qəzza münaqişəsi #Doha partlayış

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.