İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
Məşhur riyaziyyatçı Məhəmməd ibn Musa əl-Xarəzmi IX əsrin birinci yarısının ən önəmli elmi simalarından biridir.
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
2014-cü ildə Yəməndə hakimiyyətə gəldikdən sonra Husilərin "Ənsarullah" qruplaşması təhsil strukturunda möhkəmlənməyə, tədris proqramlarını, məktəb adlarını dəyişdirməyə və xüsusi təhsil sistemləri yaratmağa başlayıb. Bu yolla təhsil müəssisələri şəxsiyyət və şüur formalaşdıran mübarizə meydanına, eləcə də gənclərin hərbi xidmətə cəlb edilməsi üçün stansiyaya çevrilib.
Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası
İslamın ilk xəlifəsi və mömünlərin əmiri Əbu Bəkr Fil hadisəsindən təxminən üç il sonra Məkkədə doğulmuşdur. Anası Ümmül-Xeyr Səlma bint Səxr, Məkkə dövründə Hz. Peyğəmbərin Ərkam b. Əbül-Ərkamın evində (Darül-Ərkam) olduğu sırada İslamı qəbul etmişdir. Atası Əbu Quhafə isə Məkkənin fəthindən (hicrətin 8-ci ili / miladi 630) dərhal sonra oğlu Əbu Bəkrin vasitəçiliyi ilə müsəlman olmuşdur. Anasının və atasının mənsub olduğu Teym qəbiləsinin soyu Mürrə b. Kəbdə Hz. Peyğəmbərin nəsəbi ilə birləşir.
İslamın ilk müəzzini Bilal-i Həbəşinin həyatı: Qul bazarından cənnət bağçalarına
İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.
Tarixdə bu gün - 3 noyabr
2020 44 günlük vətən müharibəDüşmən Füzulini "Smerç" ilə atəşə tutdu. Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirildi. Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayıldı.