ABŞ siyasətində çat - Demokrat namizədlər İsrail lobbisi AIPAC-dan üz döndərir
Amerika-İsrail İctimai İşlər Komitəsi (AIPAC), Demokratlar Partiyası daxilində ona qarşı yönəlmiş və getdikcə artan "imtina" dalğasına cavab verib. Bu, 2028-ci il ABŞ prezident seçkiləri üçün namizədliyi hallanan bir çox tanınmış şəxsin təşkilatdan hər hansı bir dəstək almağı rədd etmələrindən sonra baş verib ki, bu da "The Times of Israel" qəzetinin yazdığına görə, partiya daxilində İsraillə açıq şəkildə eyni cərgədə görünməyin yaratdığı siyasi narahatlığın nə dərəcədə genişləndiyini əks etdirir.
İordan çayının qərb sahilində baş verən zorakılıq terrorizmdir- ABŞ səfiri
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Qərbi İordan sahilində fələstinlilərə qarşı zorakılığa yol verən yəhudi qruplarını “terrorçu” adlandırıb. Times of Israel portalının məlumatına görə, səfir ABŞ telekanalına müsahibəsində hadisələrdə iştirak edənlərin “əsl məskunlaşanlar deyil, bölgəyə kənardan gələrək zorakılıq törədən azsaylı qruplar” olduğunu bildirib.
Qəzzanın bərpası HƏMAS- olmadan olacaq - Kuşner
ABŞ prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq siyasətində əsas fiqurlardan biri olan Cared Kuşner bəyan edib ki, Qəzzada HƏMAS-ın nəzarətində olan bölgələrin bərpası üçün heç bir vəsait ayrılmayacaq.
Çarli Kirk… Onun qətli Amerikada vətəndaş müharibəsi alovlandıracaqmı?
Son bir neçə ildə Kirk-in çıxışları və qısa videoları amerikalı gənclər arasında od kimi yayılırdı. Bəzi kadrlarda onu ABŞ universitetlərində abort məsələsi ətrafında liberal gənclərlə mübahisə edərkən görmək olurdu — o, abortu “körpəyə qarşı qətl” adlandırırdı; bəzilərində cinsi keçid ideyasına qarşı çıxırdı; bəzilərində isə ağdərili amerikalıların silah gəzdirmə hüququnu müdafiə edir, sosial baxımdan mühafizəkar dəyərləri müdafiə edirdi; ya da ABŞ prezidenti Donald Trampın siyasətlərini təbliğ və müdafiə edirdi.