Cənubi Livanda gərginlik - İsrail Livana hava zərbələri endirib
İsrail ordusu ilə Livan arasındakı sərhəd xəttində hərbi qarşıdurma intensivləşib. İsrail hərbi aviasiyası Livanın cənubundakı strateji yaşayış məntəqələrini hədəf alıb. İsrail ordusuna məxsus qırıcılar Cənubi Livanın Nəbatiyə şəhəri və Meyfudun qəsəbəsinə hava zərbələri endirib. Bu hücumlar bölgədə vəziyyətin kəskinləşdiyi bir vaxtda baş verib.
İran Hörmüz boğazında ABŞ-ın ikinci qırıcısını və axtarış helikopterini vurdu
Yaxın Şərqdə davam edən "Epik Qəzəb" əməliyyatı çərçivəsində ABŞ hərbi hava qüvvələri ard-arda ağır itkilər verir. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulan F-15 qırıcısının ardınca, Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus ikinci bir döyüş təyyarəsinin vurulduğu bildirilir.
Türkiyə S-400-lərin Rusiyaya satılacağı barədə iddiaları təkzib edib
Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin geri satılacağı barədə yayılan məlumatlara rəsmi cavab verilib. Bəzi media orqanları Türkiyənin 2017-ci ildə 2,5 milyard dollara Rusiyadan aldığı S-400 bataryalarını, Moskvanın tələbi və ehtiyacları əsasında geri sata biləcəyi barədə xəbərlər yayıb.