Suriya Türkmənləri tarix yazdı - Mehid Seyfəttin İsa parlamentə seçildi
Suriya tarixində ilk dəfə olaraq Türkmənlər azad və ədalətli seçkilərdə üç millət vəkili ilə parlamentdə təmsil olunmağa nail olublar. Uzun illər rejimin nəzarətində keçirilən, müxalifətə yer verilməyən seçkilərin əksinə olaraq bu dəfə xalqın həqiqi iradəsi sandığa əks olunub.