7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Türkmənləri tarix yazdı - Mehid Seyfəttin İsa parlamentə seçildi

Suriya tarixində ilk dəfə olaraq Türkmənlər azad və ədalətli seçkilərdə üç millət vəkili ilə parlamentdə təmsil olunmağa nail olublar. Uzun illər rejimin nəzarətində keçirilən, müxalifətə yer verilməyən seçkilərin əksinə olaraq bu dəfə xalqın həqiqi iradəsi sandığa əks olunub.

6 Oktyabr 2025 19:00
Suriya Türkmənləri tarix yazdı - Mehid Seyfəttin İsa parlamentə seçildi

BAKI,AzerVoice, Fərid Mikayılov

Hələbdə keçirilən azad seçkilərdə Türkmən xalqı ilk dəfə öz iradəsini nümayiş etdirdi.

Suriya tarixində ilk dəfə olaraq Türkmənlər azad və ədalətli seçkilərdə üç millət vəkili ilə parlamentdə təmsil olunmağa nail olublar. Uzun illər rejimin nəzarətində keçirilən, müxalifətə yer verilməyən seçkilərin əksinə olaraq bu dəfə xalqın həqiqi iradəsi sandığa əks olunub.

Suriya Böyük Xalq Məclisinə keçirilən son seçkilərdə Hələb mərkəzindən namizəd olan vəkil Mehid Seyfəttin İsa, 190 nümayəndənin səsini qazanaraq Hələb üzrə 2-ci sıradan Türkmən millət vəkili seçilib.

Tanınmış və köklü bir Türkmən ailəsinə mənsub olan Mehid Seyfəttin İsa, həm Hələbdə, həm də ümumilikdə Suriyada geniş nüfuza malikdir. Onun ailəsi tarixən Fransa işğalına qarşı mübarizədən başlayaraq Bəşşar Əsəd rejiminin sona çatmasına qədər müxtəlif mərhələlərdə milli mübarizədə önəmli rol oynayıb.

Bu qələbə, sadəcə fərdi uğur deyil, Suriya Türkmən xalqının iradəsinin, ümidinin və qətiyyətinin simvolu kimi dəyərləndirilir.

Türkmən nümayəndələri seçki nəticələrini böyük məmnuniyyətlə qarşılayaraq aşağıdakı açıqlamanı yayıblar:

“Hələb millətvəkili seçkilərinin başa çatması ilə birlikdə xalqın iradəsi nəticəsində hörmətli vəkil Mehid İsanın Hələb millətvəkili seçildiyini məmnuniyyətlə öyrəndik. Bu mühüm qələbə münasibətilə onu səmimi şəkildə təbrik edir, Suriya Türkmən xalqının səsi və təmsilçisi olacağına inanırıq.”

Təxminən 60 ildən sonra xalqın azad iradəsi ilə keçirilən bu seçkilər, Suriya üçün demokratik gələcəyə doğru atılmış mühüm addım kimi qiymətləndirilir. Türkmən dairələri, qarşıdakı mərhələdə prezident kvotası ilə təyin olunacaq deputatlar arasında da Türkmən nümayəndələrinin yer alacağına ümid edirlər.

Məqalədə: #Suriya #Hələb #Suriya Türkmənləri #Mehid Seyfəttin İsa #Suriya seçkiləri #Türkmən millət vəkili #Suriya parlamenti #demokratik dəyişikliklər

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.