Ərdoğan: Qətər və Oman ilə Eurofighter təyyarələrinin alınması danışıqları müsbət istiqamətdə gedir
Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı Qətər və Omanla apardığı danışıqlar uğurla davam edir. Ərdoğan bu barədə Oman səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Ankara Avropa müttəfiqləri və ABŞ-la müasir döyüş təyyarələrinin – 40 ədəd “Eurofighter Typhoon”, həmçinin “F-16” və “F-35” təyyarələrinin alınması barədə danışıqlar aparır.