YPG-SDG-nin ləğvi ilə bağlı tarix açıqlandı
Suriyada YPG-SDG ilə bağlı mühüm açıqlama verilib. PYD-SDG-nin Ayn əl-Ərəb (Kobani) üzrə məsul şəxsi Mahmud Berhudan Suriya hökuməti və ordusu ilə inteqrasiya prosesində problemlərin 99 faizinin aradan qaldırıldığını bildirib. Berhudan qarşıdakı bir neçə gün ərzində YPG-SDG-nin ləğvinin elan ediləcəyini və muxtar idarəetmə strukturunun da aradan qaldırılacağını deyib.
Demirtaş dəstəyi üçün Bahçeliyə təşəkkür edib
Edirne cəzaçəkmə müəssisəsində olan HDP-nin keçmiş həmsədri Selaheddin Demirtaş, onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını dəyərləndirən MHP sədri Devlet Bahçelinin açıqlamasına münasibət bildirib.