Tərcümə sənəti və mədəniyyətlərarası ünsiyyət zamanı yaranan çətinliklər
Tərcümə dillərarası ünsiyyət vasitəsidir. Tərcümənin daxilində təkcə dillərarası ünsiyyət deyil, həm də mədəniyyətlərarası ünsiyyət öz əksini tapır. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə yaşamış filosoflar tərcümə sənətini yüksək qiymətləndirmiş, onun qarşılıqlı mədəni əlaqələrin inkişafında xüsusi rolu olduğunu vurğulamışlar. Buna görə də tərcüməni “xalqlar arasında mənəvi körpü” adlandırmışlar.