7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Tərcümə sənəti və mədəniyyətlərarası ünsiyyət zamanı yaranan çətinliklər

Tərcümə dillərarası ünsiyyət vasitəsidir. Tərcümənin daxilində təkcə dillərarası ünsiyyət deyil, həm də mədəniyyətlərarası ünsiyyət öz əksini tapır. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə yaşamış filosoflar tərcümə sənətini yüksək qiymətləndirmiş, onun qarşılıqlı mədəni əlaqələrin inkişafında xüsusi rolu olduğunu vurğulamışlar. Buna görə də tərcüməni “xalqlar arasında mənəvi körpü” adlandırmışlar.

22 Fevral 2023 11:50
Tərcümə sənəti və mədəniyyətlərarası ünsiyyət zamanı yaranan çətinliklər

BAKI,AzerVoice

Tərcümə dillərarası ünsiyyət vasitəsidir. Tərcümənin daxilində təkcə dillərarası ünsiyyət deyil, həm də mədəniyyətlərarası ünsiyyət öz əksini tapır. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə yaşamış filosoflar tərcümə sənətini yüksək qiymətləndirmiş, onun qarşılıqlı mədəni əlaqələrin inkişafında xüsusi rolu olduğunu vurğulamışlar. Buna görə də tərcüməni “xalqlar arasında mənəvi körpü” adlandırmışlar.

Bu gün müxtəlif xalqlar tərcümə sayəsində elmin görünməmiş nailiyyətlərindən xəbərdar olurlar. Məhz buna görə də həm ölkəmizdə, həm də digər ölkələrdə tərcüməyə xüsusi diqqət göstərilir. Bu baxımdan XX əsrin tərcümə yüzilliyi adlandırılması heç də təəccüblü deyil.

Tərcümə mürəkkəb proses olduğundan tərcüməçilər bir sıra problemlərlə üzləşə bilir. Bu çətinlikliklərdən bəzilərinə nəzər yetirək:

Tərcümənin əsas problemlərindən biri mətnin tam mənasını və məqsədini anlamaqdır. Dil elə bir mürəkkəb sistemdir ki, çox vaxt bir dildə olan söz və ya ifadənin digər dildə tam ekvivalenti olmur. Bu da, öz növbəsində, tərcüməçilər üçün mənanı çatdırmaqda çətinlik yaradır. Hətta idiom kimi sadə ifadələri belə tərcümə etmək çətinlik yarada bilər, çünki idiomlar istifadə olunduğu kontekstdən asılı olaraq fərqli mənalara malik ola bilər.

Tərcümənin digər problemi mətnin yazıldığı mədəni və tarixi kontekstdir. Fərqli mədəniyyətlərin fərqli dəyərləri, inancları və ənənələri var. Tərcüməçilər dəqiq tərcümələr hazırlamaq üçün mədəniyyətlərarası nüansları başa düşməyi bacarmalıdırlar. Məsələn, bir mədəniyyətdə gülməli olan zarafat başqa bir dildə yumoristik olmaya bilər və yaxud bir dildə nəzakətli sayılan ifadə başqa dildə yersiz və ya təhqiredici ola bilər. Buna görə də tərcüməçi tərcümə zamanı istifadə olunan hər 2 dilin normaları ilə yanaşı mədəniyyətinə də yaxından bələd olmalıdır.

Texniki və ya xüsusi sahəyə aid mətnlərin tərcüməsi də problem yarada bilər. Bu tip mətnlərdə çox vaxt xüsusi dil, jarqon və ya abreviaturalardan istifadə edilir ki, bu da fon biliyi olmayan tərcüməçinin işini çətinləşdirir. Belə hallarda mətn sözügedən sahə üzrə mütəxəssislərin fikrini tələb edir.

Kontekst tərcüməçilər üçün ən vacib amildir. Söz və ya ifadənin mənası onun istifadə olunduğu kontekstdən çox asılıdır. Məsələn, ingilis dilindəki "run" (qaçış) sözü kontekstdən asılı olaraq bir çox fərqli mənaya malik ola bilər, "to run a business" (bir işi idarə etmək) və ya "to run a marathon" (marafon qaçışı etmək). Buna görə də tərcüməçilər sözün və ya ifadənin düzgün tərcüməsi üçün istifadə olunduğu konteksti düzgün başa düşməlidirlər.

Son olaraq deyə bilərik ki, tərcümə həm dil və mədəniyyəti, həm də konteksti dərindən anlamağı tələb edən sahədir. Peşəkar tərcüməçilər isə dilin mürəkkəbliyi ilə yanaşı tərcüməni sifariş edilmiş tarixə vaxtında çatdırmaq kimi problemlərin öhdəsindən gəlməyi bacarmalıdır.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Məqalədə: #Ləman Əsədli #Tərcümə #tərcüməçi

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.