TDT-yə üzv dövlətlərin ədliyyə nazirliklərinin 3-cü iclası Türkiyədə keçiriləcək
Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq və ədliyyə əməkdaşlığını gücləndirməyi hədəfləyirik - Tunc
Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.
İri fövqəladə hallara birgə reaksiya üçün TDT üzv dövlətlərinin əməkdaşlığı zəruridir - Yerkebek Arqımbayev
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.
TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir - Nazir
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir
Azərbaycanın sədrliyi dövründə TDT mühüm nəticələrə nail olacaq - Mikayıl Cabbarov
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminəm. Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında bəyannamənin imzalanması - türk dövlətlərin ümumi qələbəsidir - Şavkat Mirziyoyev
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında bəyannamənin imzalanması – Türk dövlətlərin ümumi qələbəsidir. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci sammiti çərçivəsində deyib.
Qırğızıstan Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin irəliləyişinə verdiyi töhfəni yüksək qiymətləndirir - Sadır Japarov
BAKI,AzerVoice Qırğızıstan Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesinin irəliləyişinə verdiyi töhfəni yüksək qiymətləndirir. AzerVoice xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Ömər Kocaman Türk Dövlətləri Təşkilatının 12-ci sammitinin keçiriləcəyi tarixi və yeri açıqlayıb
Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək.Bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzv dövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.
Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir
Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi" mövzusunda konfrans keçirilir.
TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib.