7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İri fövqəladə hallara birgə reaksiya üçün TDT üzv dövlətlərinin əməkdaşlığı zəruridir - Yerkebek Arqımbayev

​Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.

19 Noyabr 2025 15:29
İri fövqəladə hallara birgə reaksiya üçün TDT üzv dövlətlərinin əməkdaşlığı zəruridir - Yerkebek Arqımbayev

BAKI,TurkicWorld

​Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.

TurkicWorld xəbər verir ki, bunu bu gün Qazaxıstanın Qızıl Aypara cəmiyyətinin prezidenti Yerkebek Arqımbayev Bakıda TDT üzv dövlətlərinin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında çıxışında deyib.

O vurğulayıb ki, türk şəbəkəsinin yaradılmasının əsas məqsədi cəmiyyətlərin səylərini birləşdirərək iqlim dəyişiklikləri, təbii və texnogen fəlakətlər, eləcə də silahlı münaqişələr kimi genişmiqyaslı böhranlar zamanı qarşılıqlı yardım göstərməkdir.

“Bu missiyanı yerinə yetirmək üçün potensialımızı gücləndirməliyik ki, daha güclü olaq və vətəndaşlarımıza, ehtiyac duyan ölkələrə daha fəal şəkildə kömək edə bilək”, - o bildirib.

Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidentinin fikrincə, tədbirdə TDT-nin Baş katibi Kurbanıçbek Ömuralıyevin iştirakı xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, milli cəmiyyətlər humanitar sahədə öz dövlətlərinə yardım göstərmək üçün Cenevrə konvensiyalarına uyğun şəkildə yaradılır və dövlətlərin dəstəyi olmadan potensialın gücləndirilməsi mümkün deyil.

Məqalədə: #Qazaxıstan #Bakı #TDT #Astana #Türk Dövlətləri Təşkilatı (TDT) #Qırmızı Xaç #Yerkebek Arqımbayev #Qızıl Aypara #Kurbanıçbek Ömuralıyev

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17

Son Xəbərlər

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.