Suriya hüquq-mühafizə orqanları 31 min kaptagon həbi ələ keçirib
Suriya daxili işlər orqanları ölkənin şimalındakı Ələppo şəhərində fəaliyyət göstərən narkotik qaçaqmalçılığı şəbəkəsinə qarşı əməliyyat keçirərək 31 min kaptagon həbi və yüz minlərlə dollar dəyərində müxtəlif narkotik vasitələr müsadirə edib. Bu barədə Suriya Daxili İşlər Nazirliyi açıqlama yayıb.