Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib
Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib. Yeni qaydalar kriptovalyutalar, stabilkoinlər, NFT-lər və digər rəqəmsal aktivləri əhatə edir. Sənaye nümayəndələri hesab edirlər ki, bu dəyişikliklər istifadəçilərin tənzimlənən platformalardan uzaqlaşmasına və bazarın inkişafına mənfi təsir göstərə bilər. Hökumət isə qərarın məqsədinin dövlət gəlirlərini artırmaq və rəqəmsal iqtisadiyyatı vergi sisteminə inteqrasiya etmək olduğunu bildirir.
Bitcoin 12 həftənin zirvəsində - artımın əsas səbəbləri nədir?
Kriptovalyuta bazarında aktivlik artıb və Bitcoin son 12 həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb. Bitcoin ticarət zamanı təxminən 79 500 dollar səviyyəsinə qədər yüksələrək 80 min dollarlıq psixoloji həddə yaxınlaşıb. Bu, yanvar ayından bəri ən yüksək göstərici hesab olunur.
"Bitcoin" qiymət artımı rekordunu yeniləyib
"Bitcoin" ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında xarici ticarət sahəsində gərginliyin artması fonunda bahalaşmaqda davam edir.