Bakı Fond Birjasında İslam investisiyalarının səhm bazarı vasitəsilə cəlbi mövzusunda tədbir keçirilib
5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Bakı Fond Birjası və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında memorandum imzalanıb
10 dekabr 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında Azərbaycanda İslam maliyyəsi və halal investisiya alətlərinin inkişafını dəstəkləyən “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq” memorandumu imzalanıb.