Qış şəraiti Ukrayna üçün ciddi problem yarada bilər - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski bu qışın soyuğunun ölkəsinə qarşı “ən təhlükəli silahlardan biri” ola biləcəyini bəyan edib. Zelenski bu barədə Niderland parlamentində çıxışı zamanı bildirib. Tədbirin yayımı Ukrayna Prezident Administrasiyasının “YouTube” kanalında aparılıb. Enerji təhlükəsizliyi mövzusuna toxunan Ukrayna lideri qeyd edib ki, Moskva soyuq hava şəraitindən ukraynalılara qarşı istifadə etməyə çalışır. Onun sözlərinə görə, bu səbəbdən yalnız diplomatik səylərə güvənmək olmaz.