ABŞ Türkiyənin Suriyadakı rolunu necə qiymətləndirir?
ABŞ rəsmiləri İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı Türkiyənin Suriyadakı mövcudluğu ilə bağlı irəli sürülən iddialara münasibət bildirib. ABŞ mətbuatında yayılan məlumatlara görə, Netanyahu Ağ Evdəki görüş zamanı Trampa Türkiyənin Suriyanın şimalında nəzarət etdiyi ərazilərlə bağlı xəritə təqdim edib və bu ərazilərin İsrailin işğal etdiyi bölgələrdən daha böyük olduğunu iddia edib.
İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir
İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.