Kennedinin tarixi bəyanatı - Mən də berlinliyəm
Kennedi SSRİ-yə mesaj olaraq “Ich bin ein Berliner” (“Mən də berlinliyəm”) ifadəsini səsləndirib
Soyuq müharibənin dönüş nöqtəsi - Bu gün SSRİ Qərbi Berlin blokadasını dayandırdı
1949-cu il mayın 12-də Soyuq Müharibənin ilk böyük böhranlarından biri sona çatdı. Sovet İttifaqı 11 ay davam edən Qərbi Berlin blokadasını dayandıraraq şəhərlə Qərb arasındakı nəqliyyat əlaqələrinin bərpasına razılıq verdi.
Bu gün Berlin Divarı ilk dəfə açıldı
Şərqi Almaniyanın vətəndaşlarının kommunist rejimdən qaçmasının qarşısını almaq məqsədilə Berlin Divarını inşa etməsindən iki ildən artıq vaxt keçdikdən sonra Qərbi Berlinin təxminən 4 min sakininə Şərqi Berlinə keçərək qohumlarını ziyarət etməyə icazə verilib. Şərqi və Qərbi Berlin arasında əldə olunan razılaşmaya əsasən, sonradan Qərbi Berlin vətəndaşları üçün ümumilikdə 170 mindən çox keçid icazəsi verilib. Hər bir icazə sahibinə kommunist idarəçiliyi altında olan Şərqi Berlində bir günlük səfər imkanı yaradıb.