Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsinə kəskin etiraz edib. Parlament sənəddə yer alan ittihamların əsassız olduğunu və beynəlxalq hüquqa zidd xarakter daşıdığını bildirib. Bəyanatda qanun layihəsinin erməni lobbi qruplarının təsiri ilə hazırlandığı iddia olunub. Milli Məclis belə təşəbbüslərin ABŞ-də seçkilər öncəsi siyasi məqsədlərə xidmət etdiyini vurğulayıb. Parlament sənədin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib. Həmçinin məhkum olunmuş şəxslərin "hərbi əsir" və "siyasi məhbus" kimi təqdim edilməsinin faktların təhrif edilməsi olduğu bildirilib. Milli Məclis ABŞ Konqresini Azərbaycanın suverenliyinə hörmət göstərməyə və regionda sülhə mane olacaq addımlardan çəkinməyə çağırıb.
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
VOA açıqlamanı təqdim edir.
Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər
2020-ci ildə başa çatan müharibə və 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdırdı. Bu reallıq regionda uzunmüddətli sülh, əməkdaşlıq və inteqrasiya üçün unikal imkanlar yaratsa da, paralel olaraq müəyyən dairələrin bu prosesi qəbul etmədiyi də aydın görünür. Xüsusilə xaricdə fəaliyyət göstərən erməni diasporu və onunla bağlı siyasi-lobbi strukturları yeni mərhələyə uyğunlaşmaq əvəzinə, keçmiş münaqişə dövrünün ritorikasını yaşatmaq xəttini seçiblər.