Ermənistan kilsəsi torpaq sahələrinə təmənnasız sahib olma hüququndan məhrum edilib
Ermənistanın Nazirlər Kabineti bu gün keçirilən iclasda Ermənistanın Torpaq Məcəlləsinə edilən düzəlişi təsdiqləyib. Belə ki, həmin düzəlişdə Apostol kilsəsinin torpaq sahələrini təmənnasız şəkildə öz mülkiyyətinə keçirmək hüququndan məhrum edilməsi nəzərdə tutulub.