Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya
Rusiya Böyük Britaniya istehsalı olan PUA-ların Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə edildiyinin təsdiqlənməsindən sonra Londonu "Ukrayna böhranını qəsdən gərginləşdirməkdə" ittiham edib. Buna cavab olaraq Böyük Britaniya Müdafiə Nazirliyinin (MoD) nümayəndəsi BBC-yə açıqlamasında Londonun Ukrayna ilə çiyin-çiyinə durduğunu bəyan edib. Böyük Britaniya rəsmisi vurğulayıb ki, hökumət Ukraynanın [Rusiya Prezidenti Vladimir] Putinin qanunsuz işğalından müdafiə olunması üçün lazımi avadanlıq təmin etmək öhdəliyinə sadiqdir.
Rusiya XİN Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tezliklə başa çatacağına ümid edir
Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir: