9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Rusiya XİN Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tezliklə başa çatacağına ümid edir

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir:

25 Dekabr 2025 18:12
Rusiya XİN Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tezliklə başa çatacağına ümid edir

Bakı, AzerVoice

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir.

AzerVoice xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir:

"Ümid edirik ki, Qazaxıstan komissiyası araşdırmasını tezliklə başa çatdıracaq və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün sualları həll edəcəyik. Heç kimin buna şübhəsi olmamalıdır".
Diplomat qeyd edib ki, "Rusiya tərəfi bu strukturla sıx əməkdaşlıq edir, ona bütün lazımi yardımı göstərir və Rusiya aviasiya hakimiyyəti qazaxıstanlı həmkarlarından alınan bütün sualları cavablandırıb".
Zaxarova vurğulayıb ki, Rusiya və Azərbaycan liderlərinin bu il oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində keçirilən görüşündən sonra əldə etdikləri bütün razılaşmaları tam şəkildə həyata keçirməyə sadiqdir".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Məqalədə: #Mariya Zaxarova #Aktau #Hökumə Əliyeva #Azərbaycanın Milli Qəhrəmanı #Kşnyakin İqor İvanoviç #Kalyaninov Aleksandr Georgiyeviç #Rusiya Xarici İşlər Nazirliyi #Qazaxıstanda baş vermiş AZAL təyyarə qəzası #MDB Dövlət Başçıları Şurası #Bakı – Qroznı reysi #AZAL-a məxsus Embraer 190 tipli sərnişin təyyarəsi #Əsədov Zülfiqar #Rəhimli Aydan #I dərəcəli Rəşadət ordeni

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.