Livan cümə günü qaz kəşfiyyatı üzrə saziş imzalayacaq
Livan hökuməti cümə günü ölkənin dənizdə yerləşən Block 8 sahəsində qaz kəşfiyyatı üzrə saziş imzalayacağını açıqlayıb. Nazirlər Kabinetinin məlumatına görə, saziş QatarEnergy, TotalEnergies və İtaliyanın Eni şirkətlərindən ibarət konsorsiumla bağlanacaq. Razılaşma dənizdə yerləşən Block 8 sahəsində kəşfiyyat və potensial hasilat işlərini əhatə edəcək. Xatırladaq ki, 2023-cü ildə Livan hökuməti Block 8 üzrə seysmik tədqiqatların aparılması üçün Bright Skies və GeoX şirkətlərinə lisenziya vermişdi.