“Liverpul” Premyer Liqada səfərdə “Bornmut”a məğlub olub
İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" komandası səfərdə "Bornmut"a 2-3 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva klubunu dəyişib. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
"Qalatasaray" niderlandlı futbolçunu transfer etdi
"Qalatasaray" niderlandlı futbolçu Noa Lanqın transferini rəsmiləşdirib. 26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
İngiltərə millisinin üzvü “Mançester Siti”dən gedir
Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan Con Stounzun klubdakı gələcəyi müəyyənləşib. İngiltərəli müdafiəçi yayda Premyer Liqa nəhənginin sıralarını tərk edəcək.
Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək
Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.
"Real" qapıçısını satışa çıxardı
"Real" qapıçı Andrey Luninlə yollarını ayırmağı planlaşdırır. Bu barədə xarici KİV-lər məlumat yayıb.
Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan olub. "Sportico" nəşri 8 idman növü və 28 ölkəni təmsil edən idmançıların yer aldığı 100 ən yüksək gəlirli idmançı siyahısını təqdim edib.
“Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək
“Qarabağ” futbol klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı
Bu gün “Araz-Naxçıvan” və “Qəbələ” futbol klubları yoxlama görüşündə üz-üzə gələcək. Qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib. Qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
“Neftçi” bu gün “Kayrat”la yoxlama oyununda üz-üzə gələcək
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
“Çelsi”nin yeni baş məşqçisi Liam Rozenyor olacaq
“Strasburq”un baş məşqçisi Liam Rozenyorun Londonun “Çelsi” klubunu çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.