Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens
ABŞ vitse-prezidenti Cey Di Vens Donald Trampın Xark adası ilə bağlı paylaşımının İrana mesaj olduğunu bildirib. Tramp sosial şəbəkədə adanın məhv edilməsi ilə bağlı video paylaşım yayıb. Vens qeyd edib ki, bu paylaşım İran rəhbərliyinə xəbərdarlıq məqsədi daşıyır. ABŞ rəsmisi ordunun Xark adasını hədəfə almadığını açıqlayıb. İran tərəfi isə Trampın paylaşımını məsxərəli adlandırıb. Xark adası İranın neft ixracı üçün mühüm mərkəz hesab olunur. ABŞ-nin son zərbələrində Larək adasındakı iki raket qurğusunun hədəfə alındığı bildirilib.
Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından keçdi
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu regional münaqişənin başlamasından bəri Türkiyəyə məxsus 11 gəminin qlobal enerji daşımaları üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazından tam təhlükəsiz şəraitdə keçərək Fars körfəzini tərk etdiyini elan edib.
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı heç bir söz verməyib
İran mətbuatının yazdığına görə, boğazın idarəçiliyi və təhlükəsizliyi məsələsi beynəlxalq müstəvidə deyil, regional çərçivədə həll olunacaq. Bu məqsədlə Tehran ilə Oman arasında birbaşa dialoq qurulması və qərarların birgə qəbul edilməsi planlaşdırılır.
İranın BMT-dəki nümayəndəsi Hörmüz boğazı siyasətini müdafiə edib
İranın BMT-dəki səfiri Amir Said İravani Hörmüz boğazı ilə bağlı Tehrana yönələn tənqidləri rədd edərək İranın addımlarının beynəlxalq hüquqa uyğun olduğunu bildirib. O vurğulayıb ki, Tehran strateji su yolunun “düşmən fəaliyyətləri və hərbi hücumlar üçün” istifadə olunmasına imkan verməyəcək. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı ətrafında artan gərginlik qlobal enerji təhlükəsizliyi və beynəlxalq dəniz ticarəti üçün ciddi risklər yaradır.
Qətər Baş Naziri Pakistanın vasitəçilik səylərinə tam dəstək verib
Qətər Baş Naziri şeyx Məhəmməd bin Əbdülrəhman Pakistanın vasitəçilik səylərinə tam dəstək verib və ABŞ–İran gərginliyi fonunda regionda sabitliyin və davamlı sülhün təmin olunmasını vurğulayıb.
Pentaqon İranla münaqişənin yeni maliyyə hesabatını açıqladı
Bu göstərici Pentaqonun cəmi iki həftə əvvəl Konqresə təqdim etdiyi 25 milyar dollarlıq proqnozu xeyli üstələyib. Maliyyə yükünün artım sürəti ekspertlər arasında ciddi narahatlıq doğurur. Harvard Kennedi Məktəbinin mütəxəssisləri hələ aprel ayında xəbərdarlıq etmişdilər ki, münaqişənin ABŞ vergi ödəyicilərinə verəcəyi ümumi zərər uzunmüddətli perspektivdə 1 trilyon dollara çata bilər.
ABŞ, İraqın 2003-cü il işğalından sonra Yaxın Şərqə ən böyük hava qüvvəsini göndərir
ABŞ-ın 2003-cü ildə İraqın işğalından sonra ilk dəfə olaraq Yaxın Şərq regionuna ən böyük hava qüvvəsini yerləşdirdiyi iddia olunur. Vaşinqton son günlər regionda hava və dəniz hərbi kontingentini gücləndirərək İrana qarşı mümkün əməliyyat variantlarını nəzərdən keçirir. Məlumatda bildirilir ki, nəzərdən keçirilən ssenarilər iyun 2025-ci ildə İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “birdəfəlik zərbə” variantından fərqli olaraq, həftələrlə davam edə biləcək genişmiqyaslı hava əməliyyatını da əhatə edir. Donald Trampa təqdim olunan brifinqlərin İran rəhbərliyinə və regional müttəfiqlərinə maksimum zərər vurmaq məqsədi daşıdığı vurğulanır.
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani
Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.
İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası
İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır. Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.
İran hava məkanını yenidən açdı
İran ABŞ Prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamaları fonunda əksər uçuşlar üçün bağladığı hava məkanını yenidən açıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı bildirişlərə əsasən, İran hava məkanı cümə axşamı əksər kommersiya reysləri üçün müvəqqəti olaraq bağlanıb. Məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatının (CAO) əvvəlcədən verdiyi xüsusi icazə olmadan həyata keçirilən bütün uçuşlara şamil olunub.